Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
“Dövlət başçısı Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək”, - o qeyd edib.
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB