Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.
Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.
"Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər.
Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", - o bildirib. (APA)
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB