Xüsusi tənzimləmə rejimində virtual aktivlər, ödəniş xidmətləri, eləcə də sığorta sektoru və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı ümumilikdə 21 müraciət daxil olub.
Bu barədə "İki sahil"ə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən müraciətlərin qiymətləndirilməsi həyata keçirilir.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən yaradılan xüsusi tənzimləmə rejimi maliyyə institutları və FinTech təşkilatlarının innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarəti altında real müştərilərlə sınaqdan keçirilməsinə, xidmətin bazarda tətbiqi müddətinin daha da sürətləndirilməsinə, onun rəqabətə davamlılığının artırılmasına və bir sıra maneələrin aradan qaldırılmasına imkan yaradır.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır