Orta Dəhliz vasitəsilə göndərilən Çinin ilk yük avtomobilləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmisi ilə Azərbaycana çatdırılıb.
“İki sahil” səhmdar cəmiyyətə istinadla xəbər verir ki, 26 yük avtomobilindən ibarət ilk konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanında ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Merkuri-1” gəmi-bərəsinə yüklənərək yola salınıb. Artıq Azərbaycana çatan avtomobillər buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə göndəriləcək.
Bundan əvvəl mayda Çin Avropaya Kurıkdan Orta Dəhliz ilə sınaq rejimində 80 ton ağırlığında üç yük maşını göndərib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır