Ermənistanda çox çətin ki, qısa müddətdə Konstitutsiyanı dəyişsinlər.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, Konstitusiyanı hazırda dəyişmək çətin görünsə də, bununla bağlı müəyyən hazırlama prosesi gedir:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlaması buna işarədir. Bəlkə də, gələn il bu dəyişikliyi edərlər. Ancaq konkret bir vaxt demək çətindir. Hər halda Ermənistandan belə siqnallar gəlməyib”.
F.Şəfiyev onu da diqqətə çatdırıb ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq saziş baza prinsiplər üzərinə qurula bilər, daha sonra əlavə digər sənədlər qəbul olunacaq:
“Bu çərçivədə Ermənistan konstitutsiyanın dəyişdirilməsi ilə bağlı hansısa bir öhdəlik götürməlidir. Bu baza prinsiplərdə əks olunmalı və daha sonra bununla bağlı əlavə sənəd imzalanmalıdır. Yəni bu məsələ mütləq şəkildə hansısa sənəddə əks olunmalıdır”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Günü münasibətilə müraciətində yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. “Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - o bildirib./report/
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB