Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması üçün platforma təklif etməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı ümid edir ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh olacaq.
O, həmçinin qeyd edib ki, siyasi və iqtisadi dəyişikliklər bütün dünyaya təsir edib: “İnanıram ki, birgə əməkdaşlıq nəticəsində TDT-yə üzv ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcəyik"
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB