Mərkəzi Seçki Komissiyasının (MSK) daha 7 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
“İki sahil” xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında məlumat verib.
Toplantıda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, bundan öncə Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB