İşğaldan azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ötən seçkilərdə azad olunan ərazilərdə seçki məntəqələrinin yaradılması üzərində işlənilib:
"Həmin ərazilərdə 26 seçki məntəqəsi var idi. Yəqin ki, kifayət qədər də artacaq. Çünki əhalinin qayıdış proqramı ilə əlaqədar oraya qayıdan əhalinin sayı da artıb. Növbəti iclasda bu məsələ gündəliyə çıxarılacaq".
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB