Macarıstanın Baş naziri Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Avropa İttifaqını təmsil etməyib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin açıqlamasında deyilir.
Bundan əlavə, Avropa İttifaqı, Avropa komissarının dediyi kimi, TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini pisləyir.
Xatırladaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək Aİ Şurasına sədrlik edir.
Brüssel tərəfindən bu cür inkarın məntiqi tam aydın deyil, çünki TDT təşkilatının özü heç vaxt Avropa İttifaqını özünün “türk” tərəfdaşı hesab etməyib ki, onun üzvləri və hətta müşahidəçi dövlətlər arasında bütün Avropa İttifaqından bir nümayəndə olsun. (AZƏRTAC)
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB