Son 30 ildə neft və qaz yataqlarının işlənilməsi sayəsində Azərbaycan bütün regionun və Avropanın enerji təhlükəsizliyini təmin edib.
“İki sahil” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
“Bu, əhəmiyyətli texniki resurslar tələb edirdi. Uzunluğu 3,5 min kilometrdən çox olan Cənub Qaz Dəhlizi Avropanı təbii qaza olan ehtiyacını ödəyir. Bu layihə fenomenal mühəndislik və texniki uğurdan bəhs edir”, - Q.Counz bildirib.
O, Bakı Enerji Məktəbi haqqında danışaraq, təlim keçmiş istedadlı tələbələrin enerji keçidinin mürəkkəb prosesinə töhfə verəcəyinə əminliyini ifadə edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır