Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir. Sülh gündəliyinə gəldikdə iyun ayının sonunda biz Ermənistan tərəfinə göndərdik. Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmaqlarını gözləyirik.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Sülhlə bağlı Azərbaycanın mövqeyi çox açıq eyd olunub. Azərbaycan dövləti sülh gündəliyinin müəllifidir. 44 günlük müharibədən sonra qısa müddətdə cənab Prezident çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi",- o qeyd edib.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB