Şuşada Türk Dövlətləri Təşkilatı (TDT) liderləri sammitinin keçirilməsinin tarixi mənası var.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Azərbaycanın prioritet məsələlərindən biri TDT çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdir.
"Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təklifi irəli sürüldü. Üçüncü belə Zirvə Şuşada baş tutdu. Torpaqlar azad ediləndən sonra Şuşada əlamətdar tədbirlər keçirilib. Ancaq beynəlxalq səviyyədə, sammit şəklində TDT liderlərinin görüşünün tarixi mənası var. Biz bundan qürur hissi duyuruq", - C.Bayramov vurğulayıb.
Samir Şərifov: Azərbaycan və ABŞ uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl qoyublar
Ursula Fon der Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər