Mərkəzi Seçki Komissiyası (MSK) sabah müxtəlif qurumlarla birlikdə maarifləndirmə tədbirlərinə başlayacaq.
“İki sahil” xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 2011-ci ildə prezident sərəncamına əsasən, Milli Fəaliyyət proqramı hazırlanmışdı: "Bu sənəddə üzərinə vəzifə qoyulan dövlət orqanları səlahiyyətlərini ciddi tənzimlədi. MSK da bu məsələdə geridə qalmır. Biz bütün seçkilərdə, hətta seçki olmayan vaxtda da maarifləndirmə tədbirlərini həyata keçiririk. Bu baxımdan, seçki prosesi ilə əlaqədar ilk maarifləndirmə tədbiri Ombudsman Aparatı ilə birlikdə keçiriləcək".
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB