Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Armenia Today” Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyana istinadən məlumat yayıb.
Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda NATO sammiti çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını açıqlayıb.
Qeyd edək ki, 9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB