ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində Vaşinqtonda görüşünün mümkünlüyü ilə bağlı Miller bu barədə məlumatlı olmadığını deyib.
"Biz diplomatik nizamlanma üzərində işləməyə davam edirik", - o əlavə edib.
Qeyd edək ki, iyulun 9-da NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb. 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitin əsas mövzu Rusiya-Ukrayna müharibəsidir.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyanın sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtonda NATO sammiti çərçivəsində görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB