Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektləri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesinə sərbəst şəkildə qoşulurlar.
“İki sahil” xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib.
MSK sədri bildirib ki, parlament seçkilərinin keçirilməsi üçün ölkəmizdə 125 seçki dairəsi üzrə 6400-dən artıq seçki məntəqəsində şərait yaradılır. O qeyd edib ki, ötən prezident seçkilərində işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılmışdı. "Parlament seçkilərində isə seçki məntəqələrinin sayı artacaq və seçkilər daha geniş tərkibdə keçiriləcək", - deyə M. Pənahov vurğulayıb.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB