Azərbaycan yeni milli dövlətçilik ənənələrinin formalaşmasında bir sıra addımlar atıb.
“İki sahil” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Abiddin Hüseynov bildirib ki, seçkilərə artıq 2 aydan az vaxt qalıb: “Qarşımızda mühüm vəzifələr durur. Azərbaycanda bütün məhkumların səsvermə hüquqi tanınır”.
O bildirib ki, Ədliyyə Nazirliyi seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesində iştirak edir: “Əhalinin reyestrində olan məlumatlar MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olur. Bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır. Bundan əvvəl bu kimi hallardan süni istifadə etmək istəyənlər olurdu”.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB