İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində "İxrac bələdçisi" hazırlayıb.
"İki sahil” agentliyə istinadən xəbər verir ki, bu barədə müzakirələri Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sanon və AZPRMO nümayəndələri aparıb.
Görüşdə Yaponiyaya ixrac imkanları və investisiya tərəfdaşlığı müzakirə olunub.
Bildirilib ki, bu ilin martında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti "FOODEX Japan 2024" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi altında yerli məhsulları təqdim edib.
Bununla yanaşı, Azərbaycanın ixrac və investisiya potensialı haqqında geniş məlumat verilib, ölkəmizin xüsusi iqtisadi zonalarının birgə müəssisələrin yaradılması və daha sonra ixrac edilməsi baxımından geniş imkanlar vəd etdiyi vurğulanıb.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır