İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) sahibkarlara müraciət edib.
“İki sahil” xəbər verir ki, müraciətdə deyilir ki, sentyabrın 1-dən Rusiyada müəyyən növ məhsulların, o cümlədən konservlərin, bitki yağlarının və alkoqolsuz pivənin məcburi etiketlənməsi tətbiq ediləcək.
Artıq yerli hökumət etiketləmə qaydalarını və son tarixləri təsdiqləyib. Bu proses bir neçə mərhələdə baş tutacaq:
- Alkoqolsuz pivə istehsal edən və idxal edən şirkətlər tərəfindən məhsulların etiketləmə prosesi 2024-cü il oktyabrın 1-dən başlanacaq. Məlumatların sistemə təqdim edilməsi ilə bağlı son tarix 2025-ci il aprelin 1-i olacaq.
- Şüşə və plastik qablaşdırmada bitki yağları və piylərin istehsalçıları və idxalçıları tərəfindən məhsulların etiketləmə prosesi 2024-cü il oktyabrın 1-dən başlanacaq. Digər qablaşdırma növləri üçün tətbiq olunacaq tarix isə 2025-ci il fevralın 1-i olacaq.
- Ət konservləri, ət əlavə məhsulları, tərəvəz və meyvələr, göbələk və giləmeyvə istehsal edən və idxal edən şirkətlər 2025-ci il martın 1-dən məhsulların etiketlənməsinə başlamalıdır.
Balıq və dəniz məhsulları konservlərinin qablaşdırmalarında 2024-cü il dekabrın 1-dən etibarən etiket olmalıdır. Həmin tarixdən bu məhsulların istehsalçıları malların dövriyyəyə buraxılması haqqında məlumatı etiketləmə sisteminə göndərməlidirlər.
Məhsulların dövriyyədən çıxarılması ilə bağlı məlumat 2026-cı il oktyabrın 1-dən verilməlidir.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır