Bu ilin birinci yarısında neft-kondensat hasilatı 14,4 milyon ton, ixraca nəql edilən həcmlər isə 11,9 milyon ton olub.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
O bildirib ki, bu dövrdə ötən ilin birinci yarım ili ilə müqayisədə 4,3 faiz artımla hasil edilmiş 25,1 milyard kubmetr qazın 12,7 milyard kubmetri ixrac olunub.
“Yanvar-iyun aylarında təxminən Avropaya 6,4 milyard kubmetr, Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 2,8 milyard kubmetr qaz nəql edilib. Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur”,- deyə nazir qeyd edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır