Prezident İlham Əliyevin iyulun 9-da imzaladığı fərmanla yaradılması nəzərdə tutulan Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) texniki olaraq hazırdır.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.
"Çatışmayan yalnız müəyyən normativ bazadır. Onun da hazırlanması nəticəsində bu sistem bazara təqdim olunacaq. Keyfiyyət sahəsinin də tənzimlənməsi bizim üzərimizdə olduğu üçün Keyfiyyət Portalı da texniki olaraq hazırlanıb. Burada da normativ baza təsdiq olunduqdan sonra sistem geniş auditoriyanın istifadəsinə veriləcək", - deyə o qeyd edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır