Bu ilin yanvar-iyun aylarında Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 568 min 622 nəfər sərnişin daşınıb.
“İki sahil” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur.
6 ayda Azərbaycana 442 min 964 sərnişin daşınmaqla Rusiya ilk yeri tutub. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,8 % artım deməkdir.
Təkcə iyun ayında Azərbaycana 341 min 384 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 36,1 % çoxdur. İyunda Rusiyadan 95 min 638 sərnişin daşınıb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 22,3 % çoxdur.
Bu ilin yanvar-iyun aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 368 min 427 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 23,4 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 215 min 537 sərnişinlə (+47,6 %) daxil olub.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır