Bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15 %-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı 13 milyard 557,4 milyon kVt/saat, ixrac 444 milyon kVt/saat, idxal isə 96,4 milyon kVt/saat olub.
Nazir qeyd edib ki, birinci yarımildə İstilik Elektrik Stansiyaları üzrə 11 milyard 525 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 950,7 milyon kVt/saat artımla 2 milyard 032,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır