Cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 540,7 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,3% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, qaz nəqlinin 55,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 11 418,9 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 4,6% artım müşahidə olunub.
Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır