Cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 19 238,6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,1% azdır.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, nəqletmənin 75.2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 14 468,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3.7% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81.4%-i və ya 11 773,9 min tonunu (6,3% azalma) Azərbaycanda hasil edilən neft, 18,6%-i və ya 2 694,8 min tonunu (9,8% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır