Dünya Bankı Qrupu ilə Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədinin hazırlanması çərçivəsində müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib
Onun sözlərinə görə, müzakirələr Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla keçirilən görüşdə keçirilib: “Tərəfdaşlıq sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi apardıq”.
Dünya Bankının (@WorldBank) Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays (@RSCPryce) və həmkarları ilə Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq #ÇərçivəSənədi-nin hazırlanması və ölkəmizin #iqtisadi inkişafı… pic.twitter.com/ELICurOtP2
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 15, 2024