Cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 75 milyon 536 min manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 18,4 faiz azdır.
“İki sahil” xəbər verir ki, Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, əsas kapitala vəsait qoyuluşunun 62 milyon 41 min 100 manatı və ya 82,1 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır.
O cümlədən, bu ilin yanvar-iyun aylarında muxtar respublikada 132 milyon 165 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 42 milyon 748 min 900 manatı bitkiçilik sahəsi üzrə, 89 milyon 416 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə təşkil edib. İstehsal olunmuş kənd təsərrüfatı məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azdır.