Energetika naziri Pərviz Şahbazov ilə İsrailin regional əməkdaşlıq naziri David Amsalemin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
“İki sahil” xəbər verir ki, görüşdə iki ölkə münasibətlərində enerji sahəsində, o cümlədən karbohidrogen sektorunda əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda, neft təchizatı, neft-kimya məhsullarının ticarəti və daunstrim layihələrində uzunillik əməkdaşlıq əlaqələri qeyd edilib, perspektivlər nəzərdən keçirilib.
Həmçinin Azərbaycanın hazırda ölkənin enerji balansında bərpa olunan enerjinin payının artırılmasına, bu enerji növünün də regionlararası “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə tədarükünə yönəlmiş layihələrindən danışılıb. “Yaşıl enerji”, eləcə də digər perspektivli sahələrdə əlaqələrin inkişafı üçün imkanlar dəyərləndirilib, dövlət-özəl sektorunun bu prosesə cəlbinin əhəmiyyətindən bəhs edilib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib