Türkiyə yaxın vaxtlarda İranla Türkmənistan təbii qazının svop tədarükü ilə bağlı razılığa gəlməyə ümid edir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Bloomberg" agentliyinə müsahibəsində deyib.
“Türkiyə hazırda qonşu İran vasitəsilə qaz mübadiləsi (svop) yolu ilə Türkmənistandan qaz idxalı imkanlarını araşdırır”, - o bildirib.
Nazir əlavə edib ki, bu ayın sonunda İrana səfəri zamanı razılığa gəlməyə ümid edir.
Qeyd edək ki, 2024-cü il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. Buraya Türkmənistan qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəalar daxildir.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib