Ankara Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstana qaz nəqlinin artırılmasına dair əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Bloomberg" agentliyinə müsahibəsində deyib.
“Türkiyə Avropa İttifaqına daha çox təbii qaz satmağa hazırdır. Lakin lazımi infrastruktur investisiyalarını əsaslandırmaq üçün uzunmüddətli öhdəliklərə ehtiyacı var. Bizə lazım olan Türkiyə-Bolqarıstan şəbəkələrarası gücün artırılmasıdır ki, hazırda Türkiyə tərəfinin texniki cəhətdən təmin edə biləcəyi ildə 7 milyard kubmetr qazın yalnız yarısını ödəyə bilir”, - o bildirib.
A.Bayraktar əlavə edib ki, Türkiyə-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya qaz tədarükünü ildə 10 milyard kubmetrə çatdırmaq üçün Ankara SOCAR-la işləyə bilər.
Nazir, həmçinin Rusiyanın “mavi yanacağı”nı əvəz etmək üçün Avropaya alternativ qaz tədarükü ilə bağlı hazırda nəzərdən keçirilən ssenariləri “mürəkkəb” adlandırıb.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib