Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
“İki sahil” ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə Fondun investisiya portfelinin 7 milyard 499 milyon dollarlıq hissəsini (13,2%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 1 milyard 75.6 milyon ABŞ dolları və ya 14.3% artırıb. Belə ki, cari ilin II rübündə Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin ilk rübündə 10 tondan çox qızıl alıb. Belə ki, 1 aprel 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 104,6 ton təşkil etdiyi halda iyull ayının 1-nə bu rəqəm 114.9 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 10.3 ton artırıb.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib