İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında keçirilən "Uğur yolu" karyera inkişaf müsabiqəsinin qalibləri ilə görüşüb.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, tədbirdə rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasının Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas çağırışlardan olduğu və bu istiqamətdə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Görüşdə idarəçilik bacarıqlarının inkişafı üçün zəruri olan amillər barədə danışılıb, bilik, təcrübə və komanda işinin vəhdətinin önəmi qeyd olunub. Bildirilib ki, Nazirliyin əməkdaşları üçün təşkil olunan “Uğur yolu” karyera müsabiqəsi öz potensialına inanan həmkarlara yeni imkanlar açır. İş prosesinin səmərəliliyinin artırılması baxımından "Uğur yolu" karyera inkişaf proqramının qaliblərindən gözləntilər böyükdür.
Tədbirdə İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişaf proqramında qalib olmuş və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyində həyata keçirilən "Uğur yolu" karyera inkişaf proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Artıq proqramın üç müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri fərdi inkişaf proqramına, müxtəlif təlimlərə, kouçinq sessiyalarına, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramlarına cəlb olunaraq müxtəlif təlimlərdə iştirak edirlər.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib