Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində son vəziyyəti açıqlayıb.
“İki sahil” xəbər verir ki, qurumdan verilən məlumata görə, artıq körpünün sökülmüş hissələrinin ərazidən daşınması yekunlaşıb.
Daha sonra ərazidə yararsız qruntun qazılaraq çıxarılması, kommunikasiya xətlərinin köçürülməsi, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağının inşası istiqamətində işlər aparılıb.
Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol əsasının inşası da yekunlaşdırılaraq artıq asfaltlanma işlərinə başlanılıb.
Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat hərəkətini təmin edəcək.
Bakının Xətai rayonunun Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan "Cavanşir" yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib