Naxçıvan Muxtar Respublikasında 1969-cu ildən istismar olunan 7,5 kilometrlik elektrik xətti yenidən qurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti məlumat yayıb.
Bildirilib ki, 110/35/10 kilovoltluq “Çeşməbasar” yarımstansiyasından qidalanan, Culfa rayonunun 18 kəndinin 4476 abonentini elektriki enerjisi ilə təmin edən 35 kilovoltluq “Əbrəqunus” hava elektrik verilişi xəttinin 3 kilometrlik hissəsi və həmin yarımstansiya ilə 35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyası arasındakı, Babək şəhərinin tamamını və şəhərə yaxın kəndlərini elektrik enerjisi ilə təmin edən 35 kilovoltluq “Quşçuluq” hava elektrik verilişi xəttinin 4,5 kilometrlik hissəsi yenidən qurulub.
Xəttin inşasında xüsusi gücləndirilmiş, qalvanizə edilmiş dayaqlar, elektrik naqilləri, izolyatorlar, digər köməkçi avadanlıqlar işlədilib.
Bununla da yarımstansiyalar arasında əlaqələr gücləndirilib, texniki itkilər xeyli azalıb, qəza və imtinalar minimuma endirilib, ümumilikdə Babək və Culfa rayonlarının bir çox ərazilərinin keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi