2024-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstanın Azərbaycana ixracı illik ifadədə 23,3% azalaraq 318,19 milyon dollar təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirib ki, hesabat dövründə Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 11,2%-ni təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın 4-cü əsas ixrac tərəfdaşı olub.
Cari ilin birinci yarısında Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 12,5% azalaraq 279,61 milyon dollar təşkil edib. Bu, Gürcüstanın ümumi idxalının 3,7%-nə bərabər olub.
Bu göstərici ilə Azərbaycan Gürcüstanın 6-cı əsas idxal tərəfdaşı olub.
Ümumilikdə isə iki ölkə arasında ticarət dövriyəsinin həcmi bu ilin birinci yarısında 597,8 milyon dollar təşkil edib. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 136,35 milyon dollar və ya 18,6% azdır.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi