Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Odessa vilayətində səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleh Kiper “Telegram”da məlumat yayıb.
Onun sözlərinə görə, kardinal Parolin katolik icmasının nümayəndələri ilə görüşüb, qlobal ərzaq təhlükəsizliyini təmin edən Ukrayna taxıl dəhlizinin işi ilə tanış olub: “Kardinal Rusiyanın hücumu nəticəsində dağıdılan Transfiqurasiya kafedralına da baxış keçirib”.
O qeyd edib ki, bu, müharibə başlayandan bəri Müqəddəs Taxt-Tacın dövlət katibinin Ukraynaya ilk səfəridir.
“Biz Müqəddəs Atanın Ukraynaya və ədalətli sülhün bərqərar olmasına göstərdiyi diqqətin ifadəsinə görə minnətdarıq”, - Kiper əlavə edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”