22 iyul 2024 15:29
372

2 GVt-lıq “yaşıl enerji”ni inteqrasiya etmək üçün 250 MVt-lıq anbar yaratmalıyıq- Elnur Soltanov

2 GVt-lıq “yaşıl enerji”ni inteqrasiya etmək üçün Azərbaycana 250 MVt gücündə anbar lazımdır.

“İki sahil” xəbər verir ki, bunu COP29-un icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusundakı təqdimatında bildirib.

“Biz 2024-cü ildə ilk 50 MVt enerjinin saxlanması üçün şərait yaratmağı nəzərdə tuturduq. Geriyə qalan 200 MVt-la bağlı qərar lazım gəldikdə sonra veriləcək”, - o qeyd edib.

E.Soltanovun sözlərinə görə, ümumilikdə 250 MVt gücündə “yaşıl enerji” anbarının yaradılması layihəsinin 2027-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.