25 iyul 2024 12:21
555

Bir igid doğuldu Culfa elində - ŞƏHİDİN XATİRƏSİNƏ İTTİHAF OLUNUR

Şəhid baş leytenant Amin Gülməmmədovun əziz xatirəsinə həsr olunur:

Bir igid doğuldu Culfa elində,

Dar gündə düşmənə sinə gərəcək.

Onun sayəsində obalar, ellər,

Firavan yaşaylb, xoş gün görəcək.


Bir igid doğuldu Culfa elində,

Vətənin dərdinə şərik olacaq.

Şuşadan, Laçından söhbət düşəndə,

Kövrəlib, gözləri yaşla dolacaq.


Bir igid doğuldu Culfa elinde,

Gülən gözlərində yaşardı Vətən.

Arzusu şəhidlik, şəhadət olan,

Bayraq sevdalısı, vətəniylə tən.


Bir igid doğuldu Culfa elində,

Xeyir dua verib, amin dedilər.

Elə  o gündən də ana vətənə,

Vətən sevdalısı oğul verdilər.


Böyüdü, canında can oldu vətən,

Qisas yanğısıyla ürək çağladı.

Zəfər sədaların güldürdü amma,

Cansız gəlişinə ellər ağladı.


Doğular Amintək igid oğullar,

Onuntək mübariz, onuntək mətin.

Yurdunu Amintək sevməyənlərə,

Bu Vətən qoynunda yer verər çətin!

Xuraman Cəfərli