22 avqust 2024 13:06
382

Sabunçuda yük maşını aşıb, avtomobilə və motosikletə ziyan dəyib

Bakının Sabunçu rayonunda yol qəzası olub.

DİN-nin BDYPİ-dən "İki sahil"ə verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında Bakıxanov qəsəbəsində, Bəşir Bünyadov küçəsində qeydə alınıb. İdarəetməni itirən yük maşını aşıb və bu zaman ərazidə dayanmış vəziyyətdə olan bir minik maşını və bir motosiklet əzilib.

Xəsarət alan yoxdur.