Nadir Azəri: Azərbaycanın yeni tərkibi formalaşmış Milli Məclisində Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya, həmçinin mühacirətdə Qərbi Azərbaycan hökuməti yaradılmalıdır
Bu bir həqiqətdir ki, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarix zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad edildi. Həmin ilin noyabrın ağ bayraq qaldıran işğalçı ölkə üzərinə bir sıra öhdəliklər götürdü. Düzdür, Paşinyan hakimiyyəti ö öhdəliklərin bir necəsini hələ də yerinə yetirməyib. Bununla belə təkzibolunmaz bir həqiqət var. Vətən müharibəsində əldə edilən qələbə, həmçinin 2023-cü ildə 1 sutka tamam olmadan bütün məqsədlərinə çatmış antiterror əməliyyatı nəticəsində Azərbaycan regionda yeni reallıqlar yaradıb”.
Bunu “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri deyib.
CASCFEN sədri bildirib ki, bu qələbə və ondan sonra əldə edilən uğurlar nəticəsində eyni zamanda “Böyük Ermənistan mifi” darmadağın oldu: “Belə deyək ki, bu “mif” birdəfəlik dəfn olundu. Düşünmək olardı ki, Ermənistanın mövcud hakimiyyəti, o cümlədən hələ də Yerevana sığınaraq ara-sıra boşboğazlıq edən bəzi separatçılar nıhayət ki, ağıllarını başlarına yığacaqlar. Lakin təəssüflər olsun ki, bu goreşən xislətli ünsürlər hələ də öz işğalçılıq arzularından əl çəkmək istəmirlər”.
N.Azərinin sözlərinə görə, Qərbin bəlli güclərinin qızışdırıcı addımlaırndan ürəklənən Ermənistanın mövcud hakimiyyəti sülh müqaviləsini imzalamaq üçün “gah nala, gah mıxa vurur”: "Eyni zamanda Qarabağda uzun illər mövcud olmuş və diz çökərək özünü buraxmağa məcbur qalmış oyuncaq hərbi xuntanın qondarma rejiminin əsas simalarından olan Samvel Şahramanyan kimilər də yenidən bizə dil uzadırlar. Bu ünsürün məhz sentyabr ayında növbəti cəfəng iddialar ortaya atması düşmən ölkənin və ona sığınan keçmiş xunta təmsilçilərinin yenidən revanşist arzulara düşdüyünə işarə edir. Ancaq onlar bilməlidirlər ki, bu cür axmaq fikir və bəyanatlar Ermənistanı növbəti bədbəxtliyə aparır”.
QHT rəhbəri bildirib ki, Ermənistan hakimiyyəti -Paşinyan və komandası yaxşı-yaxşı düşünməli, onlara əbədi məğlubiyyət gətirəcək addım və sərsəm fikirlərdən əl çəkməli, o cümlədən onlara sığınan Samvel Şahramanyan kimilərin ipini çəkməlidir: “Əks halda qeyd etdiyimiz kimi Ermənistanı ölümcül zərbə gözləyir. Əgər Ermənistan Samvel Şahramanyanın dediyi istiqamətlərdə kiçik bir addım atmağa cəhd etsə, başına nələr gələcəyinə düşünməlidir. Yerevanda oturub, Qərbin bəlli güclərinin qızışdırıcı vədlərinə aludə olanlar unutmasınlar ki, Azərbaycan Prezidenti dəfələrlə “Dəmir Yumruq yerindədir” deyə xəbərdarlıq edib. Ermənistan hakimiyyəti bu cür xəbərdarlığa məhəl qoyulmayanda hansı fəlakətə düçar olduğnu 4 il öncə görüb və yaşayıb”.
Nadir Azəri Samvel Şahramanyanın sayıqlamaları ilə bağlı başqa bir məqama da diqqət ayırmağın vacib olduğunu deyib: “Əslində bu ünsürün sayıqlamaları bizim, daha dəqiq desək Qərbi Azərbaycandan olan soydaşlarımızın fəaliyyətlərini bir qədər də gücləndirməsinin vacibliyini ortaya qoyur. Belə deyək ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına, tarixi yurd yerlərinə qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Bu baxımdan hesab edirəm ki, artıq mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişib”.
QHT sədrinin qənaətinə görə sözügedən məsələ ilə bağlı yeni formalaşan Milli Məclisin üzərinə də bəzi mühüm vəzifələr düşür: “Məsələn, Azərbaycanın yeni tərkibi formalaşmış Milli Məclisində Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradıla bilər. Hesab edirəm ki, bu komissiya Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq arenaya çatdırılmasınd amühüm işlər görə bilər”.