17 sentyabr 2024 13:05
344

MİDA ötən il 8 milyon manatdan çox xalis mənfəət əldə edib

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2023-cü ili 8,101 milyon manat xalis mənfəətlə başa vurub.

"İki sahil” agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 0,9 % azdır.

Ötən il MİDA-nın maliyyə gəlirləri 11,512 milyon manat (əvvəlki ilə nisbətən 6,1 % çox), diskontoun amortizasiyası üzrə gəlirləri 1,777 milyon manat (31,3 % az), ümumi və inzibati xərcləri 4,105 milyon manat (11,2 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə gəliri 415 min manat (əvvəlki il zərər olub), sair gəlirləri 1 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 1,499 milyon manat (1,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə MİDA-nın aktivləri 451,075 milyon manat olub ki, bu da illik müqayisədə 16 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 40,9 % azalaraq 34,054 milyon manata, balans kapitalı isə 13 % azalaraq 417,021 milyon manata düşüb.