18 sentyabr 2024 10:18
462

Bakıda beynəlxalq logistika konfransı keçirilir

Bakı şəhərində " Qara dəniz-Xəzər logistika 2023: dəhlizlər, yüklər, infrastruktur" beynəlxalq konfransı keçirilir.

“İki sahil” xəbər verir ki, konfrans çərçivəsində əsas müzakirə mövzuları aşağıdakılardır:

- Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta dəhliz) inkişafı üçün yeni imkanlar,

- Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit məkanı kimi potensialı,

- Qazaxıstan və Gürcüstan üzərindən tranzit, nəqliyyat marşrutunun həyati əhəmiyyəti,

- Türkiyənin logistika infrastrukturunun inkişafı,

- Qazaxıstan və Ukraynadan taxıl və yağ bitkilərin ixracı,

- gübrələrin idxalı: əsas tədarükçülər və marşrutlar,

- yük axınının artmasında konteynerləşdirmə faktoru,

- regiondakı dəniz limanlarının və terminalların inkişafı; yeni yüklərə uyğunlaşma,

- hüquqi məsələlərdə yeni tendensiyalar və risklərin sığortalanması.