Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "Xəzərdə dayanıqlı gələcəyin qurulması: əlaqəlilik və iqlim tədbirləri" mövzusunda keçirilən 5-ci Xəzər Biznes Forumunda iştirak və çıxış edib.
“İki sahil” xəbər verir ki, nazir müavini Azərbaycanın əlaqəliliyin genişləndirilməsinə yanaşmasını vurğulayıb və ölkənin quru ilə bağlı olan ölkədən, quru ilə əlaqələnmiş ölkəyə çevrildiyini bildirib. Elnur Məmmədov, həmçinin Azərbaycanın Orta, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı və Rəqəmsal İpək Yolu layihəsi ilə bağlı göstərdiyi səylər haqqında ətraflı məlumat verib.
Nazir müavini, Azərbaycanın azad edilmiş ərazilərdə başladığı və ölkəmiz tərəfindən “yaşıl enerji zonaları” elan olunan yaşıl təşəbbüslər barədə də danışıb.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində konvensional və təmiz enerjinin balanslaşdırılması, həmçinin ədalətli, nizamlı və bərabər keçid üçün təşəbbüslər, o cümlədən iqlim tədbirlərinin irəliləməsi məqsədilə bütün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq məsələləri də diqqətə çatdırılıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir