COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sosial şəbəkə hesabında bildirilib.
“COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ətraf mühitin məhv edilməsi və iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə dərin təsirini müzakirə edib”, – məlumatda diqqətə çatdırılıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir