COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ABŞ xəzinədarlığı katibinin köməkçisinin müavini vəzifəsini icra edən Lida Fitts ilə iqlim maliyyəsi məsələlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Yalçın Rəfiyevlə Lida Fitts arasında məhsuldar görüş keçirilib. Əsas diqqət iqlim maliyyəsinin təşviqi, şəffaflıq və Bakıda keçiriləcək COP29 ərəfəsində konsensusa nail olmağa yönəlib. Əməkdaşlığın genişləndirilməsi və məqsədlərə nail olunması üçün müsbət təkan əldə edilib”, - paylaşımda qeyd edilib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir