Ağdam şəhəri 2 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik binanın layihəsi hazırlanır.
“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi Tikinti və Təchizat İdarəsi Ümumi şöbənin müdiri Tural Hətəmxanov Xəzər İnşaat Həftəsində deyib.
O qeyd edib ki, Ağdam şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında tikinti işləri davam edir.
"Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərində də məktəb tikintisi ilə bağlı işlər davam etdirilir. Daha vacib məsələ davamlı məşğulluğun təmin edilməsi məsələsidir. Bununla bağlı işəgötürən və iri şirkətlərlə danışıqlar aparılır. Ağdamda peşə təhsili mərkəzi yaradılacaq. Hazırda layihə-smeta sənədləri hazırlanır və ilin sonuna qədər proses tamamlanacaq. Hədəfimiz ən müasir standartlara cavab verən təhsil ocaqlarının yaradılmasıdır", - deyə o bildirib.
Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır - Abbas Abbasov
Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb
Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur