Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Qərbi Azərbaycan - yaddaşlarımızda” adlı sərgi çərçivəsində Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – sözçüsü Ülviyyə Zülfiqar Polşa-Azərbaycan Parlament qrupunun sədri Pşemislav Viteklə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İcmadan məlumat verilib.
Bildirilin ki, icma rəsmisi Pşemislav Vitekə Qərbi Azərbaycanlıların ötən əsrdə mərhələlərlə deportasiyaya məruz qalmalarından, Ermənistan ərazisində soydaşlarımıza məxsus zəngin irsin məhv edilməsindən danışıb. Bildirilb ki, zorla öz ata-baba yurdlarından çıxarılan qərbi azərbaycanlılar beynəlxalq hüququn norma və prinsiplərinə əsasən qayıdış hüququna malikdirlər.
Polşa parlamentinin nümayəndəsi ona verilən məlumatları maraqla qarşılayaraq beynəlxalq hüququn prinsipi olaraq qayıdış hüququnun həyata keçirilməsinin önəmini qeyd edib.
Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır - Abbas Abbasov
Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb
Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur