23 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib və "Xəzər TV" kanalının efirində 22 oktyabr 2024-cü il tarixdə, saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsi ilə bağlı hal müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı (saat 22.32-də) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub. "Xəzər TV" kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Prezident İlham Əliyev Qarabağda balaca Gülərin arzusunu belə reallaşdırdı: Dövlət başçısından JEST
Milli Aviasiya Akademiyası IFLA WLIC 2026 beynəlxalq konqresində uğurla təmsil olunub
YAP Masallı rayon təşkilatı Təzə Alvadı kəndində partiya fəalları ilə görüş keçirib