Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib.
“İki sahil” xəbər verir ki, Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
YAP Masallı rayon təşkilatı Təzə Alvadı kəndində partiya fəalları ilə görüş keçirib
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
Ağdamda kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapılıb
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər