İqtisadiyyat nazirinin müavini Anar Axundov Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
"İki sahil" nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Qobustan şəhərində keçirilən qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.
YAP Masallı rayon təşkilatı Təzə Alvadı kəndində partiya fəalları ilə görüş keçirib
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
Ağdamda kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapılıb
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər